Köklü almalı ərişdə


İçindəkilər

Yumurtalı əriştə -300q
Kök -3 əd
Alma -1 əd
Yumurta -3 əd
Limon şirəsi – 1ç.q
Kərə yağı- 3x.q
Şəkər tozu -2 x.q
Zəncəfil kökü- 1sm
Darçın bir çimdik
Duz

Hazırlanması


1.Almanı , kökü təmizləyib yuyuruq və sürtkəcdən keçiririk. Üzərinə limon şirəsini gəzdiririk.
2. Əriştəni duzlu qaynar suda 4dəqiqə bişiririk. Hazır olan əriştəni süzgəcdən süzürük və üzərinə soyuq su gəzdiririk suyunun süzülməyini gözləyirik.
3. Zəncəfilin kökünü təmizləyib doğrayırıq. Yumurtaya şəkərtozu ,duz ,darçın ,zəncəfili qatıb çalırıq əridilmiş kərə yağını əlavə edib qarışdırırıq. Əriştəni, almanı ,kökü birbirilə qarışdırıb yağlanmış qaba töküb yumurtanı üzərinə tökürük və 180 dərəcədə 30-35 dəqiqə bişiririk.

NUŞ OLSUN

Köklü almalı ərişdə” üzərinə bir şərh

Əməyə hörmət olaraq şərh yazın.