Xırtıldayan dilimlər.


İçindəkilər

Kərə yağı – 250 q

Şəkər tozu – 250 q

Bal -2 x.q

Yulaf lopası (овсяных хлопьев) – 250 q

Qarğıdalı lopası (кукурузных хлопья) – 30 q

Kakos rəndələnmiş – 60 q

Badam rəndələnmiş -30 q

Qaysı -100 q

Qara gavalı -75 q

Kişmiş -75 q

Vişnə qurudulmuş -75 q

Hazırlanması

Qaba yağ, bal,şəkər tozunu əlavə edib az odda 5 dəqiqə əriyənə qədər qarışdırırıq. Qaysını , gavalını, kişmişi yuyub üzərinə qaynar su töküb 15 dəqiqə saxlayıb suyunu süzdükdən sonra döğrayırıq. Yulaf lopasını , qarğıdalı lopasını badam, kakos rendelenmişi və quru meyvələrlə qarışdırıb üzərinə əritdiyimiz yağlı qarışığı töküb qarışdırırıq. Sobanı 160 dərəcə istilədirik. Tavaya yağlı kalka sərib üzərinə hazırladığımız qarışığı töküb yayırıq. Sobada 45 dəqiqə üzəri qızılı rengi alır.Bişirdikdən sonra 15 dəqiqə soyudub doğrayırıq.

Nuş olsun.

 

 

Xırtıldayan dilimlər.” üzərinə 3 şərh

Əməyə hörmət olaraq şərh yazın.